Dünyada bütün qaydalar dəyişir – Yeni dünya düzəni

 
Rusiya və Çin hərbi əməkdaşlığı artırmağı planlaşdırır. Moskva bu anlaşma çərçivəsində Çinə 24 ədəd Su-35 reaktivi satacaq.
 
Axar.az xəbər verir ki, 2015-ci ildə imzalanmış razılaşmaya əsasən, Rusiya qırıcıları yaxın vaxtlarda Pekinə təhvil verəcək.
 
Rusiya Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətinin direktoru Aleksandr Fomin verdiyi açıqlamada ixracatın hələlik başlamadığını deyib. Onun sözlərinə görə, gələn il qırıcılar Çinə təhvil veriləcək.
 
Anlaşmanın dəyərinin 2 milyard dollar olduğu təxmin edilir.