....Dünya...

 
Dünyaya könül vermə, ey insan, öləcəksən
Gec tez dönəcək sahibinə can, öləcəksən
 
Səy eylə sağ ikən xoş əməl sahibi ol ki,
Rəhmət deyilə adına hər an, öləcəksən
 
Cəhd et ki, bu dünya malinin aşiqi olma
Azdırmaya öz yoluna şeytan, öləcəksən
 
Yox-yox demə, kimlər əbədi dünyada qaldi?
Yəqin tapacaqdır əcəl imkan, öləcəksən
 
Gəl başıva dünyanı yığıb topla, nə fayda?
Bir şey apara bildi Süleyman? öləcəksən
 
Haqdır bu ölüm, hər kəs onu dadmalıdır bil
Alim, çoban olsun, ya da loğman, öləcəksən
 
Kamil, insanlara bax, ibrəti al, haqqa tərəf dur
Allah verəcək bir günü fərman, öləcəksən

Kamil Fərəcov

 

Загрузка...
Загрузка...