Dünya yenə ayağa qalxacaq - ABŞ-ın Qüdslə bağlı yeni PLANI

Baxış sayı: 
250
0  
0  

ABŞ-ın Qüdslə bağlı yeni bəyanatlar verə biləcəyi barədə məlumatlar var.
Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Fələstinin HƏMAS təşkilatının Siyasi Bürosunun sədri İsmail Hәniyyә Qəzzada təşkil edilən 11-ci Elmi Qüds Konfransında çıxışında deyib.
“ABŞ rəhbərliyi İsraili yəhudi dövləti olaraq tanıya, bütün yəhudi məskunlaşma məntəqələrinin Qüdsə aid olduğu və fələstinli qaçqınların geri dönmə haqqının olmadığını açıqlaya bilər. Məlumatlı şəxslərdən bununla bağlı əlimizə çatan informasiyalar var”, - o deyib.
İsmail Həniyyə sözügedən “məlumatlı mənbələr” haqqında isə hər hansı bir məlumat verməyib.
Fələstinin daxili problemlərinin həll edilməsi və sülh prosesinin əhatəli şəkildə nəzərdən keçirilməli olduğunu ifadə edən Həniyyə Fələstin rəhbərliyindən Oslo müqaviləsi ilə bağlı dəqiq mövqe nümayiş etdirməsini tələb edib.
İsrailin Qüdslə bağlı istənilən addımın etibarsız olduğunu vurğulayan HƏMAS-ın Siyasi Bürosunun sədri şəhəri Fələstin dövlətinin siyasi, müsəlmanların dini və azad dünyanın humanitar paytaxtı adlandırıb.
Ömər

Загрузка...
Загрузка...