Dünya şokda: Moskva nüvə müharibəsinə hazırlaşır

 
Vaşinqtonla Moskva arasında gərginliyin artdığı bir vaxtda Rusiya telekanalları xalqa “Nüvə müharibəsinə hazırsınızmı? Sizə ən yaxın sığınacağı tapın” xəbərdarlığını edib.
 
Axar.az xəbər verir ki, dünən hökumətə yaxın NTV kanalı nüvə müharibəsi olacağı təqdirdə görüləcək təlimatlar barədə məlumat verib. 2 saat davam edən proqramda Qərb ölkələri ilə hər an müharibənin başlama ehtimalı olduğu deyilib.
 
Digər telekanallarda isə gündə 300 qram çörək payı veriləcəyi kimi dəqiq məlumatlar yayılıb.
 
Xatırladaq ki, İngiltərə mətbuatı Moskvada 12 milyon adamın yerləşəcəyi yeraltı sığınacaq hazırlandığını iddia etmişdi.