Dünya şöhrətli musiqiçinin müəmmalı ölümündən 37 il keçir - FOTO

Baxış sayı: 
127

 
1980-ci ilin bu günü Nyu-Yorkun Manhetten ştatında yerləşən "Dakota" binasının girişində “The Beatles” qrupunun solisti, dünya şöhrətli Britaniya əsilli musiqiçi Con Lennon fanatı tərəfindən öldürülüb.
Publika.az xəbər verir ki, müğənni öz arvadı Yoka Ona ilə “Record Plant” studiyasından qayıdarkən pusquya düşüb. 25 yaşlı fanatı Nyu York vətəndaşı olan Mark Devid Çepmen ölümündən əvvəl Con Lennondan sonuncu imza aldıqdan sonra onu qətlə yetirmək qərarına gəlib. İndiyə qədər də sui-qəsdin səbəbləri məlum deyil.
Çepmen “Charter Arms 38 Special” revolverindən Con Lennonun kürək nahiyyəsinə 5 güllə atıb. Güllələrdən 4-ü hədəfə çatıb. Xəstəxanaya çatdırılan musiqiçinin həyatını isə təəssüf ki, xilas etmək mümkün olmayıb. O, güclü qanaxmadan həyatını itirib.
 
 
Con Lennonun cəsədi Fernkliff (Qrinburq, Vestçester, Nyu-York ştatı) qəbiristanlığında yandırılıb. Müğənninin külü isə, həyat yoldaşı tərəfindən çox sevdiyi Nyu-York Mərkəzi parkına səpilib.
Qatilə ömürlük həbs cəzası verilib. 2000 və 2016-cı illərdə bağışlanması üçün ərizə yazmasına baxmayaraq, onun ömürlük həbs cəzası yüngülləşdirilməyib.
Könül Cəfərli

Загрузка...
Загрузка...