Dünya Qazaxıstandakı toydan danışır: Ton yarımlıq tort və inanılmaz rəqəmlər - FOTO/VİDEO

Baxış sayı: 
220
0  
0  

Qazaxıstanda keçirilən toy mərasimi üçün hazırlanan tort dünya mediasında böyük maraqla qarşılanıb.
Publika.az xəbər verir ki, tortu Rusiyanın məşhur şirniyyatçısı Renat Aqzamov biznesmen Kayrat Satıbaldının qızı Arujan ilə oliqarx Serikjan Seytjanovun nəvəsi Əmirjanın toyu üçün hazırlayıb.
Çımkənddə keçirilən dəbdəbəli toy üçün hazırlanan tortun ərsəyə gəlməsi üçün şirniyyatçılar 3 gün dincəlmədən çalışıblar. Təmtəraqlı tortun fotoları sosial şəbəkələrdə sürətlə yayılıb.
Tortun hazırlanmasına 178 min dollar (təxminən 112 min 500 AZN) xərcləndiyi deyilsə də, biznesmen bu məlumatı təkzib edib.
Məşhur şirniyyatçı R.Aqzamov şəxsi instaqram səhifəsində tortla bağlı yayılan məlumatlara aydınlıq gətirib. O qeyd edib ki, hazırladığı tort nəinki Qazaxıstanda, hətta dünya mediasında bomba effekti yaradıb:
"Bizim hazırladığımız tort Qazaxıstanda çox səs-küy doğurub. Hər kəs tortun dəyəri ilə maraqlanır. Bəzi media orqanları tortun 178 min dollara hazırlandığını yazıb. Bu doğru məlumat deyil. Tortun diametri 3 metr, hündürlüyü 4,2 metr, çəkisi isə təxminən 1500 kiloqramdır. Mən çox sevinirəm ki, əl işimiz hər kəsin diqqətini çəkib. Lakin xüsusilə tortun qiymətini yalnız iki nəfər - toy sahibi və mən bilirəm. Biz bu məsələ haqqında heç bir məlumat vermədiyimiz üçün, qiymət barəsində yazılanlar yalandır”.
Dəbdəbəli toy milyonlarla insanın yaddaşına həkk olundu.
Həmin mərasimdən foto və videoları təqdim edirik:

Загрузка...
Загрузка...