Dünya masonları bir neçə gün Bakıdakı oteldə nəyi müzakirə edib?

 
Xəbər verildiyi kimi Rusiya mason lojasının rəhbəri Andrey Boqdanov ötən həftə Bakıda olub. Özünün dediyi kimi Boqdanov Bakıda qaldığı oteldən çölə çıxmayıb, çünki çoxsaylı görüşlər və danışıqlar keçirib.
 
“Bakıda mən ancaq pəncərədən küçədəki maşınları gördüm. Çoxlu danışıqlar oldu, praktiki olaraq oteldən çölə çıxmadım”-Boqdanov deyib.
 
Rusiya mason lojasının rəhbəri bildirib ki, danışıqların mahiyyəti Azərbaycanla bağlı deyildi. “Çoxlu xarici qonaqlar oldu. Fürsətdən istifadə edərək Avropa və Amerika lojalarının nümayəndələri ilə danışıqlar apardım”-o əlavə edib.
 
 
 
Xatırladaq ki, Boqdanov ötən il Dağlıq Qarabağa səfər edib və bu üzdən Azərbaycan XİN-in qara siyahısına düşüb. Lakin Azərbaycandan üzr istədiyi üçün adı siyahıdan çıxarılıb. Boqdanov 2007-ci ildən Rusiya mason lojasının rəhbəridir, dünyanın bu mifik və gizli təşkilatına mənsubluğunu gizlətmir. Təşkilatın prinsiplərinin əksinə, tez-tez KİV-lərə müsahibələr verir. (vesti.az)