Dünya dövlətlərinin hərbi xərclərinin reytinqi açıqlanıb

Dünyada dövlətlərin hərbi xərcləri 1,7 trilyon dollara (2015-ci ildə 1 %) qədər artıb. Məlumata görə, bu barədə Dünya Problemlərini Araşdırma üzrə Stokholm İnstitutunun (SIPRI) yaydığı statistikada bildirilir.
Orduya ən çox pul xərcləyən isə ABŞ-dır. Dünyadakı hərbi xərclərin 36%-i ABŞ-ın payına düşür. Birləşmiş Ştatların 2015-ci ildə hərbi xərcləri 589 milyard dollar təşkil edib.
Reytinq siyahısında ikinci və üçüncü yerləri Çin və Səudiyyə Ərəbistanı bölüşdürür. İqtisadi cəhətdən zəifləmə dövrünü yaşayan Rusiya dördüncü yeri tutur.
2015-ci ildə Şimali Amerika, Qərbi Avropa, Afrika, Latın Amerikasının bəzi dövlətləri  hərbi xərclərində  ixtisarlar (2,4%) aparıb. Amma Asiya və Okeaniya, Şərqi  və Mərkəzi Avropa, həmçinin Yaxın Şərq ölkələri hərbi xərclərini artırıb.
Orduya ən çox pul ayıran 4 dövlət
SIPRI-ın statistik məlumatında dünya bazarında neftin qiymətinin düşməsinin hərbi xərclərə təsiri də qeyd edilib. Rusiya, Azərbaycan, Səudiyyə Ərəbistanı və digər dövlətlərin büdcəsinin neftdən asılı olmasına baxmayaraq, hərbi xərclərin artdığı qeyd edilib.
Hesabatda bildirilir ki, neft qiymətlərinin azalmasına baxmayaraq, Azərbaycanın hərbi xərcləri 2014-ci ilə nisbətən 2015-ci ildə 8,0% artıb. Bu  2006-cı illə müqayisədə 165% çoxdur.
Azərbaycanın 2015-ci il büdcəsi 3 milyard dollar olub. Ermənistanın 2015-ci il üçün hərbi büdcəsi 447 milyon dollar olub. Bu 2006-cı ilə müqayisədə 7,7%-dən  çoxdur.
Azərbaycan ordusuna məxsus tank
Azərbaycan hərbi büdcədə olduğu kimi dünyanın  ən güclü orduların reytinqində də Ermənistanı qabaqlayıb. Bir müddət əvvəl hərbi gücün indeksi “Global Firepower” portalının mütəxəssislərinin tədqiqatları əsasında qiymətləndirilmə aparılıb.
Hərbi gücü müəyyənləşdirən ekspertlərin rəyinə görə, Azərbaycan Silahlı Qüvvələri 64-cü yeri tutub. Ermənilər siyahıda 74-cü yerdə qərarlaşıb. Digər qonşumuz Gürcüstan reytinqdə 75-ci yerdədir.
Siyahının ilk onluğunu təşkil edən dövlətlər: Yaponiya, Hindistan, Fransa, Cənubi Koreya, İtaliya, Böyük Britaniya və Türkiyədir./anspress/