Dünya çempionu Ramil Caniyevin qatili tutuldu: AZƏRBAYCANLI İMİŞ - FOTO

Baxış sayı: 
283
0  
0  

Rusiyanın Çelyabinsk vilayətində kikboksinq üzrə beynəlxalq dərəcəli idman ustası, azərbaycanlı Ramil Caniyevin qətlində şübhəli bilinən 26 yaşlı Eldəniz Bağırov saxlanılıb.
Publika.az znak.com saytına istinadən xəbər verir ki, bu haqda Çelyabinsk vilayətinin Kurçatov rayonu üzrə istintaq bölməsinin rəhbəri İqor Mitroxin bildirib.
Bağırov oktyabrın 3-də saxlanılıb. O, Troitskdə yaşayırdı.
“O, müvəqqəti istintaq təcridxanasında saxlanılır. Hazırda ittihamın təqdimatı və ehtiyat tədbirinin seçilməsi haqqında məsələ həll edilir”, - İqor Mitroxin deyib.
 
 
Xatırladaq ki, dünyanın kubokunun sahibi Ramil Caniyev sentyabrın 8-də yaşadığı evin qarşısında, Çelyabinsk şəhərinin Ostrovski küçəsində güllələnib.
Ömər Dağlı

Загрузка...
Загрузка...