Dünya Çempionatının tək qazananı Rusiya oldu - İNANILMAZ RƏQƏM

Baxış sayı: 
111
0  
0  

Rusiyada keçirilən futbol üzrə Dünya Çempionatı ölkəyə 18 milyard dollar qazandırıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, futbol üzrə dünya çempionatı tarixinin ən yaxşı ev sahibiliyini edən Rusiyanın bu uğuru ölkə iqtisadiyyatına da böyük təkan verib. Yüz minlərlə futbolsevər oyunları izləmək üçün Rusiyaya axın edərək ölkəyə yüklü miqdarda valyuta qazandırıb. İrəli sürülən iddialara görə, 1 aylıq futbol bayramına ev sahibliyi edən Rusiya təxminən 18 milyard dollarlıq gəlir əldə edib.
Rusiyanın kassasına daxil olan pullar bir daha göstərib ki, Dünya Çempionatı kimi nəhəng layihələr ölkələr üçün böyük əhəmiyyət daşıyır.
Məlumat üçün bildirək ki, 2024-ci ildə baş tutacaq Avropa Futbol Çempionatına ev sahibliyi etmək istəyən namizədlər arasında Türkiyə ilə Almaniya var. Ev sahibliyi uğrunda mübarizədə Türkiyə qalib gələrsə, qardaş ölkə də böyük pullar qazaranaq ölkə iqtisadiyyatına böyük təkan verəcək.
Aytən

Загрузка...
Загрузка...