​Dünya bir yanadır, İsrail bir yana...

 
 
Türkiyədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının Qüdsü Fələstinin paytaxtı elan etməsi sözdən başqa bir işə yaramayacağı başdan bəlli idi. Nəinki, İslam ölkələrinin, heç Birləşmiş Millətlər Təşkilatının da qərar və tövsiyyələri İsrail dövlətini Yerusəlimi paytaxt hesab etməsinin qarşısını ala bilmədi. Reallıq gücdədi. İsrail gücünə arxayındı.
 
Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, 16 dekabrda BMT Təhlükəsizlik Şurasının iclasında İsrailin Yerusəlimi tanımasının əleyhinə olan layihənin müzakirəsi zamanı yəhudi dövlətinin BMT-dəki daimi nümayəndəsi Danni Donon : “Yerusəlim istənilən halda İsrailin paytaxtı olacaq” deyə bəyanat verib.
 
Diplomat bu məsələ ətrafında səsvermənin nəticələrindən və diskusiyadan asılı olmayaraq Yerusəlim İsrailin paytaxtı olacaq- deyib. “ Heç bir səsvermə məlum reallığı dəyişdirə bilməz. Reallıqsa budur ki, Yerusəlim İsrailin paytaxtı olub və həmişə də olacaq. Biz müttəfiqlərimizlə tarixi ədalət uğrunda mübarizəmizi davam etdirəcəyik.”- Danon yazılı bəyanatında belə yazıb.
 
18 dekabrda ərəb ölkələri öz qətnamə layihələrini səsverməyə çıxarmağı planlaşdırır. Məqsəd ABŞ xaric 13 Təhlükəsiz Şurası üzvünün dəstəyini almaqdır. Onlar hesab edir ki, Yerusəlimin status məsələsi tərəflər arasında birbaşa danışıqlar nəticəsində müəyyənləşdirmək üçün Fələstin – İsrail konfliktinin nizamlanmasında mövcud prinsipləri möhkəmlətmək lazımdır. 
 
Qətnamə layihəsində “ Yerusəlimin statusuyla bağlı bu yaxınlarda qəbul olunan qərardan dərin təəssüf hissi keçirildiyi” bildirməklə “ Yerusəlimdə dimlomatik missiya yaradılmasından çəkinmək” çağırışı da yer alıb.

Загрузка...
Загрузка...