Dünya Bankı: Azərbaycan Qafqazda birinci olacaq

Azərbaycanda kənd təsərrüfatının inkişafı əhalinin 38 faizinin gəlirlərini qoruyub. Bu barədə Dünya Bankının Şərqi və Mərkəzi Avropa üzrə hesabatında qeyd olunur.
Hesabatda bildirilir ki, ötən il kənd təsərrüfatı sahəsindəki 4,4 faiz yüksəliş bu sahədə çalışan ölkə əhalisinin 38 faizinin gəlirlərini qoruyub saxlamağa səbəb olub.
Bank ekspertləri hesab ediblər ki, milli valyutanın dəyərinin dəyişməsi yerli fermerlərə xarici rəqibləri ilə mübarizə aparmaqda kömək edib. Yerli istehsal və xidmət sahələrinə diqqəti artırmaqla xarici istehsalçılara qarşı mübarizə aparmaq olar.
Turaninfo.az Virtualaz.org-a istinadən  xəbər verir ki, 2016-2018-ci illər üçün proqnozlaşdırılan inkişaf göstəricilərində 2016-cı ildə 4,2 faiz, 2017 və 2018-ci illərdə isə hər il 4 faiz olmaqla yüksəliş gözlənildiyi ehtimal edilib. Proqnoza əsasən, Azərbaycan bu sahədə inkişafda Qafqaz ölkələri arasında birinci yerdə olacaq.