"Dünən Yunislə görüşmüşəm, səhhəti..." - İcra başçısını güllələyənin vəkili danışdı

Baxış sayı: 
84
0  
0  

Xəbər verdiyimiz kimi, iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan atəş açılıb. İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. 

Yunis Səfərovun vəkili Elman Ağayev BiG.AZ-a açıqlama verərək bildirib ki, başlanılan istintaq hələ bitməyib:

 

“Ona görə də ailəsi ilə görüşə hələki icazə yoxdur. Mən onunla mütəmadi görüşürəm. Dünən də görüşmüşəm, səhhəti də normaldır. Yunis Səfərov axtarışda olan zaman polisin silahını alıb qaçdığına görə Gəncə Şəhəri Nizami Rayon Məhkməsi tərəfindən onun barəsində qiyabi olaraq 4 ay həbs qətimkan tədbiri təyin edilib. Tutulan andan da bu qərar tətbiq olunur. Hazırda da o həbsdədir, səhhəti də yaxşıdır”.

Загрузка...
Загрузка...