Dubaydan yeni fətva - “Wi-Fi”-yə icazəsiz qoşulmaq haramdır

Dubayın İslam və Xeyriyyəçilik işləri üzrə departamenti yenifətva verib.
 Turaninfo.az  xarici KİV-ə istinadən məlumat verir ki, yeni fətvaya görə, sahibinin xəbəri olmadan "Wi-Fi”-yə qoşulmaq haram hesab olunur. 
Fətvada qeyd olunur ki, "başqalarına aid olanı onun razılığı olmadan havayı istifadə etmək haramdır. Ona görə nədənsə istifadə etdikdə mütləq sahibindən razılıq almaq lazımdır. "Wi-Fi”- də bura aiddir.  "Wi-Fi”-dən yalnız xidmət haqqını ödəməklə, ya da sahibinin icazəsini aldıqdan sonra istifadə etmək olar".