DSMF-DƏ KÜLLİ MİQDARDA “XOŞÇOBANLI ƏMƏLİYYAT"-İMİŞLİDƏ...

15 nəfərə yaxın təqaüdçünün adına yazılmış on min manatlarla vəsait “Kapitalbank”ın İmişli rayon filialının bankomatlarından çıxarılıb.
 
Ötən gün media Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarında törədilən  maliyyə cinayətləri ilə bağlı ilginc məlumatlar dərc etdi. Saxta əlillik və pensiya təyinatı bu sferada baş verən maliyyə cinayətləri fonunda olduqca kiçikdir. Belə ki, rayon, şəhər Sosial Müdafiə Fondlarının rəhbərləri, işçilərlə əlbir olaraq, pensiyaçıların bank hesablarına iri məbləğdə – yəni bir adama 2 min manatdan 70-80 min manatadək pul köçürülür. Bu məbləğlərin rahat şəkildə oğurlanması üçün aparılan sənədləşmədə göstərilir ki, guya pensiya təyin olunarkən düzgün hesablama aparılmayıb. Buna görə də pensiyaçının aldığı məbləğ yenidən müəyyən olunub və aylıq məbləği hesablanıb. Pensiyaçının illərlə almadığı məbləği də hesablayıb onun hesabına oturdurlar. Bu zaman “əməliyyata” qanuni don geyindirmək üçün bəzən saxta məhkəmə qətnamələrindən də istifadə olunur. Amma əsas məsələ ondadır ki, həmin məbləğ köçürülməmiş, pensiya kartı təqaüdçüdən alınır və ona şərt qoyulur ki, aldığın vəsaitin aylıq məbləğini artırırıq. Nə qədər birdəfəlik pul köçürürüksə, o bizə – yəni fondun işçilərinə çatacaq. Mənimsənilən məbləğ isə nazirliklə yerli şöbə arasında faiz nisbətilə bölünür. Əgər vətəndaş bu şərtə razılaşmazsa həmin məbləğ nazir S.Müslümovun yerlərə göndərdiyi təlimatla kiçik hissələrə bölünərək, pensiyaçıya on illərlə müddətə ödənilir və ya ümumiyyətlə ödənilmir. Fondun Xətai və Suraxanı  rayon şöbələrinin işçiləri ilə bağlı  Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinəyətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatı missal göstərmək olar. MCQMBİ – nin əməliyyatına səbəb məhz iri məbləğdə pensiya vəsaitinin bir adamın adına köçürülərək, sonradan bankomat vasitəsilə çıxarılması olub. Xatırladaq ki. media bir müddət əvvəl DSMF-nin İmişli rayon şöbəsində də oxşar hadisələrlə bağlı silsilə məlumatlar dərc etdi. Medianın dərc etdiyi şikayətçilərin audio – müsahibələri belə adiyyatı strukturları, konkret Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyini hərəkətə keçirmədi. Əksinə müraciət edən media qurumlarına nazirlikdən ya qeyri – müəyyən cavablar verildi, ya da…
 
Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin, ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədovun III qrup əlildən “probleminin həlli” üçün rüşvət istədiyi səs yazısı medianın gündəm xəbəri olsa da, nazirlik öz əməkdaşının rüşvət istəməsi olayına belə seyriçi mövqedən yanaşdı. Xatırladaq ki, əlildən rüşvət tələb edən inspektor hələ də görəvindədir. Və əməllərini  davam etdirir. İmişli DSMF-nin müdiri İntiqam Əliyevin “əməlləri” isə bitib tükənmək bilmir. Ötən gün redaksiyamıza daxl olan məlumtda qeyd edilir ki, paytaxtın Suraxanı və Xətai rayonlarında baş vermiş hadisənin oxşarı bir neçə gün əvvəl İmişli rayonu Xoşçobanlı kəndindən olan 15 nəfərə yaxın pensiyaçının təqaüdünün çıxarılması zamanı baş verib. Belə ki, mənbənin verdiyi məlumata görə 15 nəfərə yaxın təqaüdçünün adına yazılmış on min manatlarla vəsait “Kapitalbank”ın İmişli rayon filialının bankomatlarından çıxarılıb. Mənbənin verdiyi məlumata görə hüquq – mühafizə orqanları məsələ lə bağlı araşdırmalara başlayacaqları təqdirdə bankomat kameralarından külli miqdarda vəsaitin kimlər tərəfindən çıxarılmasını həmən müəyyən edəcəklər.
Mövzuya qayıdacağıq.
 
Əks tərəfində mövqeyini dərc etməyə hazırıq.
 
Turaninfo.org

Загрузка...
Загрузка...