Dərman almağa getməyən qardaşını öldürdü

Turaninfo.az Moderator.az istinadən xəbər verir ki, Türkiyənin Qaziantep şəhərində 22 yaşındakı Mehmet Çakır, ağrıkəsici almasını istədiyi qardaşından mənfi cavab aldığı üçün onu bıçaqlayaraq öldürüb.
 
Yaralı xəstəxanaya qaldırılsa da, həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 
Qardaşını bıçaqladıqdan sonra hadisə yerindən qaçan Mehmet Çakır az sonra polislər tərəfindən saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.