Dövlət televiziyalarına ayrılan məbləğ azaldıldı

2017-ci ilə dövlət televiziyasının müdcəsi bu ilkindən az olacaq. Fins.az-ın məlumatına görə, hazırda büdcədən iki TV-yə AzTV və İctimai TV-yə vəsait ayrılır.
 
2017-də büdcədən maliyyə ayrılan TV-lərin hər birinin vəsaiti 2016-cı illə müqayisədə təxminən 4 milyon manat azalacaq. İctimai TV-nin xərcləri 15.5 mln. manatdan 11.5 mln. manata, AZtv-nin xərcləri 35.5 mln. manatdan 31.7 mln. manata endirilir.
 
QHT Şurasının da büdcəsi 1.5 mln. manata yaxın azalacaq və 2016 üçün nəzərdə tutulan 6.5 mln. manatdan 5 mln. manata qədər azaldılır. Bununla yanaşı, KİV-ə Dəstək Fondunun büdcəsi dəyişmir – təxminən 4 mln. manat səviyyəsində saxlanır.