​Dövlət Müstəqilliyimizin əleyhinə səs verənlər - SİYAHI

 
 
 
Bu gün Azərbaycanın dövlət müstəqilliyi günüdür.
 
25 il öncə- 1991-ci ilin bu günü Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında" Konstitusiya Aktını qəbul edib.
 
Xatırladaq ki, o zaman dövlət müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat isə Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. (Digərləri isə iclasa qatılmayıb)
 
Qaynarinfo.Az qlobal.az-a istinadən dövlət müstəqilliyimizin əleyhinə səs verənləri təqdim edirik:
 
1. Arif Rəhimzadə – deputat, Milli Məclisdə komitə sədri,
 
2. Yaşar Əliyev – Azərbaycanın Çindəki səfiri,
 
3. Abbas Abbasov – baş nazirin sabiq birinci müavini,
 
4. Fikrət Sadıqov – «Azərkimya» DŞ-nin keçmiş prezidenti
 
5. Samur Novruzov – sabiq nazir, vəfat edib
 
6. Eldar İbrahimov – MM-in Aqrar Siyasət komitəsinin sədri
 
7. Şaitdin Əliyev – sabiq deputat, MSK üzvü
 
8. Gülnarə Qurbanova – işsiz, Şıxəli Qurbanovun qızı
 
9. Mixail Zabelin – YAP Siyasi Şurasının üzvü, deputat
 
10. Soltan Məmmədov – biznes fəaliyyətilə məşğuldur
 
11. Zeynəb Xanlarova – xalq artisti, deputat
 
12. Madər Musayev –3 dönəm arxa-arxaya Binəqədi rayonundan millət vəkili seçilib
 
13. Yaşar Rzayev – Lənkəranın keçmiş icra başçısı
 
14. Gennadi Timoşenko – sabiq deputat
 
15. Həsən Həsənov – keçmiş baş nazir, Macarıstandakı səfir
 
16. Əli Həsənov – Baş nazirin müavini, «Qaçkınkom»un sədri
 
17. Şair Həsənov – Mənzil Kommunal Təsərrüfatı Komitəsinin sədri
 
18. İrşad Əliyev – sabiq Kənd Təsərrüfatı naziri, Beyləqanın İcra başçısı
 
19. Əhməd Əhmədzadə – Su və Meliorasiya komitəsinin sədri
 
20. Aslan Süleymanov – işsiz
 
21. Arif Ağayev – Yasamalın keçmiş icra başçısı
 
22. Şamil Həsənov – Ağcəbədinin keçmiş icra başçısı
 
23. Sahib Əkbərov – Kəlbəcərin sabiq icra başçısı
 
24. Tapdıq Kamalov – sabiq deputat
 
25. Rüfət Əsədov – Nazirlər  Kabinetində  şöbə müdiri
 
26. Tofiq Bağırov – Cəlilabadın keçmiş icra başçısı
 
27. Arif Mövsümov – Nazirlər Kabinetində  şöbə müdiri, vəfat edib
 
28. Cahangir Hüseynov – deputat
 
29. Mirhəmzə Əfəndiyev – Belçikadakı sabiq səfir
 
30. Telman Orucov – Ali Soveti sədrinin 1-ci müavini
 
31. Çingiz Sadıqov – Tərəqqi Partiyasının sədri