"Dövlət komitəsinin sədri özü bəyan edir ki, leşdən kolbasa hazırlanır"

"Azərbaycan vətəndaşı istehlak etdiyi ərzaq məhsullarının keyfiyyətinə şübhə ilə yanaşır"
 
 
Son günlər bəzi mətbuat orqanlarında bazarda sintetik qidaların olması ilə bağlı informasiyalar yer almaqdadır. Maraqlıdır, ərzaq məhsullarının qiymətinin davamlı surətdə qalxması fonunda bazara ucuz, lakin istehlak üçün təhlükəli məhsulların yol tapması ehtimalı varmı? Bütövlükdə ərzaq təhlükəsizliyi baxımından vəziyyət nə dərəcədə qənaətbəxşdir?
 
Moderator.az-a açıqlama verən ADR sədrinin müavini Səxavət Əlisoy bu məsələyə ciddi diqqət yetirəyin vacib olduğunu vurğuladı:
 
 
 
“Ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ən vacib elementlərindən biridir. Ərzaq təhlükəsizliyi dövlət üçün prioritet məsələdir. Sivil dövlətlər vətəndaşının keyfiyyətli ərzaq məhsulları ilə təminatı üçün gərəkən bütün addımları atır. Məsələn, Almaniya və ya Fransada yerindən qalxan deyək ki, bir kolbasa sexi açıb keyfiyyətsiz, standartdan kənar məhsulların istehsalı ilə məşğul ola bilməz. Bizdə isə ərzaq məhsulları istehsalında bir bum yaşanır. Dövlət komitəsinin sədri özü bəyan edir ki, leşdən kolbasa hazırlanır. Bu, etirafın özü Azərbaycanda ərzaq təhlükəsizliyinin hansı səviyyədə olduğuna güzgü tutur. Komitə sədri aşkar olunan faktı dilə gətirir. Aşkar olunmayan, açıqlanması mümkün olmayan nə qədər ərzaq istehsalçısı var. Standartaşdırma Komitəsinin uyğunluq sertifikatı verdiyi ərzaq məhsullarının hamısı keyfiyyətlimi? Təbii ki, xeyr. Etiraf olunmalıdır, bu gün Azərbaycan vətəndaşı istehlak etdiyi ərzaq məhsullarının keyfiyyətinə şübhə ilə yanaşır. Bütün kəsilmiş heyvanlara baytar nəzarəti varmı? Qəbul etdiyimiz meyvə-tərəvəzdə konsoregen maddələrin miqdarının hansı səviyyədə olduğunu kim müəyyən edir? İçdiyimiz suyun belə tərkibinin necəliyinə əmin olmaq olar?
Ərzaq təhlükəsizliyi çox geniş bir mövzudur və bu, məsələdə söz sahibi dövlət olmalıdır.
Cəmiyyət, xüsusən, mətbuat və QHT-lər biganə qalmamalı, sosial şəbəkələr belə saxta ərzaq istehsalçılarını ifşa etməlidir. İnsanın şüuru var və qarşısına qoyulan ərzağı kortəbii mədəsinə qəbul etməməlidir”.

Загрузка...
Загрузка...