Dövlət İdarəetmə və Texnologiya Kollecində Xəlil Orucov bazarı

15 ildir kolleci çapıb talayan Xəlil Orucov gözü doymur və onun rüşvət yolu ilə topladığı pullar Təhsil Nazirliyinin «gorən gozunu» qapayıb.
 Dəqiq məlumata görə tələbələrin təqaüd kartları direktorun evindəki seyfdə saxlanılır və hər ay  Xəlil Orucov  yaxın adamlar Göyçayda və yaxın rayonlarda həmin kartlardan pul çıxarır.
 Ölkə təhsilində rüşvətə qarşı aparılan mübarizə hələ ki problemin qarşısında acizdir. Xüsusən kolleclərdə rüşvət baş alıb gedir və bu açıq rüşvət bazarı rəzalətinə dur deyən yoxdur.
 Ölkənin müxtəlif rayonlarında fəaliyyət göstərən kollec və təhsil ocaqlarında rüşvət azalmaq əvəzinə çıxalmaqda davam edir. Belə bir təhsil ocaqlarından biridə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecidir.
 Aktual.az xəbər verir ki, AzFakt.com-a Göyçaydan daxil olan məlumata görə Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində artıq imtahan bazarı açılıb. Öncədən qeyd edək ki, adı çəkilən təhsil ocağında 1000-dən yuxarı təhsil alan tələbə ilə bərabər, 100-ə yaxın müəllim işləyir. Direktor isə kollec yaranan gündən ona rəhbərlik edən Xəlil Orucovdur.

 Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci 11 ixtisaslar üzrə mütəxəsisslər hazırlayır. Bunlar, Fiziki tərbiyə müəllimliyi (ümumi orta təhsil bazası üçün);  Texnologiya müəllimliyi;  Təsviri incəsənət müəllimliyi; Hüquq mühafizə fəaliyyəti;  Mühasibat uçotu;  Maliyyə işi;  Elektrik təchizatı;  Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə); Yol hərəkətinin təşkili; Aqrar (fermer) təsərrüfatının təşkili; Nəqliyyat vasitələrinin təmiri və servisi ixtisaslarıdır.
 Qeyd edək ki, uzun illərdir mətbuatda Göyçayda fəaliyyət göstərən bu təhsil ocağındakı rüşvət və korrupsiya faktları ilə bağlı məlumatlar dərc olunsa da, vəziyyət dəyişmir. Çünki  Xəlil Orucov yerini o qədər möhkəm bərkidib ki, artıq kolecdə onu “əbədi” direktor ayaması ilə çağırırlar.
 Adının çəkilməsini istəməyən bir qrup kollec tələbəsinin AzFakt.com-a göndərdiyi məlumatda qeyd olunur ki, təhsil ocağında artıq imtahan bazarı açılıb. Bu bazarın sahibi isə kollecin direktoru Xəlil Orucovdur. Tələbələrdən aldığı rüşvət sayəsində özünə cah-cəlalı həyatı quranru Xəlil Orucov, həmin pullar hesabına tez-tez özü haqqında bəzi media qurluşlarında tərif yazısı da yazdırır. Tələbələr yazırlar ki, “Xəlil Orucov nə qədər özünü təriflətsə, özünün aydan arı, sudan duru olduğunu söləsə də, Göyçayda və Dövlət İdarəetmə və Texnologiya Kollecinin kollektivi onun necə rüşvətxor bir direktor olduğunu yaxşı bilir”. Kollec tələbələrinin verdiyi məlumatda bildirilir ki, artıq yay imtahanlarının başlama vaxtıdır və buna görədə Xəlil Orucov dekanları, müəlimləri yeni qiymətlərə təlimatlandırıb. Bu yeni qiymətlər isə 250 manatdan 450 manat arasında dəyişir.
 AzFakt.com-a təqdim olunan məlumatlarda vurğulanır ki, sessiya imtahanlarının vaxtı yaxınlaşdıqca kollecdə hökm sürən ab-hava əsil əmtəə birjasını xatırladır. Əslində, bu təhsil müəssisəsində imtahanların nəticələri əməlli-başlı bazar forması alıb. Müxtəlif fənlər üzrə imtahan qiymətləri məhz müəllimlərin, “prinsipiallığı” və tələbələrin “qiymət öldürmək” bacarıqlarına müvafiq olaraq fərdi qaydada müəyyən edilir. Təbii ki, müəllimlərin “prinsipiallığı” dedik də onların təyin etdikləri ilkin qiymətlərdən aşağı düşməmək bacarıqları nəzərdə tutulur. İmtahanlarda uğursuzluğa düçar olan tələbələrdən hər kəsiri “düzəltmək” üçün 100 manat tələb olunur. Kollecdə tələbələrdən pul tələbi ildən-ilə yüksələn xətt üzrə artır.
 Digər məlumatda qeyd olunur ki, bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda deyilir ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100 manatdır. Kollecin bu cür məzuniyyətə buraxılmış tələbələri paytaxtın və başqa şəhərlərin inşaat meydançalarında fəhləliklə məşğul olurlar.  Aydın məsələdir ki, belə halda bu gənclərin əmək hüquqları da qorunmur. Bütün bunlar əlbəttə ki, ölkənin ümumilikdə təhsil sisteminə, bir vətəndaş kimi hələ tam formalaşmamış gənc nəslin təlim-tərbiyəsinə çox böyük ziyan vurur.
Tələbələrə ayrılan təqaüd isə onlara çatmır. Çünki tələbələrin adlarına olan kartları direktor Xəlil Orucov özündə saxlayır. Dəqiq məlumata görə tələbələrin təqaüd kartları direktorun evindəki seyfdə saxlanılır və hər ay Xəlil Orucov yaxın adamları Göyçayda və yaxın rayonlarda həmin kartlardan pul çıxarır. Sonra kartlar və pullar Xəlil Orucov seyfinə qayıdır. Direktor tələbələrin təqaüdlərini açıq şəkildə mənimsəməsini də gizlətmir. Kollecdə hər kəs yaxşı bilir ki, Xəlil Orucov təqaüd kartını tələb edən tələbə qısa müddətdə kollecdən qovulacaq. Azfak.com-u məlumatlandıran mənbə iddia edir ki, belə bir hal bir neçə dəfə təkrar olunduğuna görə artıq heç kim direktordan təqaüd kartını istəməyi içitndən belə keçirmir.
 Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində baş alıb gedən bu cür onlarla qanunsuzluğa baxmayaraq  Xəlil Orucov 15 ildir ki, heç kəs “gözün üstündə qaşın var” demir. Çünki Xəlil Orucov illər ərzində yığdığı milyonların bir hissəini rayon icra hakimiyyətinə və Təhsil nazirliyinə dadızdırmağın yolunu yaxşı bilir. Elə məhz ona görədir ki, Göyçaya kim icra başçısı təyin edilirsə, ilk günü kabinetininq arşısında əlində hədiyyə, cibində paket bağlaması ilə Xəlil Orucov görürlər. Ağsaqqal vaxtında rayon icra başçısı və səlahiyyətli məmurları haqqında məclislərdə dayanmadan sağlıqlar deyən kollec direktoru əslində yaltaqlığın kitabını yazıb. Məhz bu cür xasiyyətinə görədə Təhsil nazirliyində tanınan və “seçilən” Xəlil Orucov vəzifəsində uzun müddət qalmaq niyyətindədir.
 Hazırda kollecdə imtahan sezonun başladığını və tələbələrin soyulduğu haqda saytımızın elektron ünvanına məlumat daxil olub.Həmin məlumatda deyilir ki, dərsə gəlməyən və imtahanda iştirak etməyən tələbələr imtahana görə kollec rəhbərliyinə 500 manat verirlər. Daim məktəbə gələn tələbələr isə imtahan üçün 200 manat ödəyirlər.
 Qeyd edək ki, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri kollecdə baş alıb gedən rüşvət sistemi və onlara rəhbərlik edən müəllimlərin siyahsını yaxın vaxtlarda saytımıza göndərəcklər.