Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşları artırıldı

Baxış sayı: 
183

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları artırılıb.
Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında" qərar verib.
Martın 1-dən qüvvəyə minən qərara əsasən dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin yeni Vahid Tarif Cədvəli aşağıdakı kimidir:
Əməyin ödənilməsi dərəcələri
Aylıq tarif (vəzifə) maaşı
(manatla)
1
143
2
146
3
149
4
152
5
155
6
161
7
167
8
174
9
182
10
190
11
198
12
206
13
216
14
231
15
251
16
294
17
396
18
535
19
825
Yeni qərarın qəbulu ilə bağlı “Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşlarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 3 mart tarixli qərarı ləğv edilib. Bu qərara əsasən Vahid Tarif Cədvəli aşağıdakı kimi olub:
Əməyin ödənilməsi dərəcələri
Aylıq tarif (vəzifə) maaşı
(manatla)
1
130
2
132
3
134
4
136
5
138
6
144
7
151
8
158
9
165
10
172
11
179
12
187
13
196
14
210
15
228
16
267
17
360
18
486
19
750

Загрузка...
Загрузка...