​Dövlət Baxçalı Ərdoğanın köməkçisi olacaq – ŞOK İDDİA

 
Türkiyədə Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı prezident Rəcəb Tayyip Ərdoğanın köməkçisi olacaq.
 
Publika.az xəbər verir ki, bu barədə AKP-nin Ərzurumdan olan millət vəkili Orxan Deligöz iddia edib.
 
Onun iddiasına görə, Baxçalı yeni Konstitusiya layihəsinin qəbul edilməsindən sonra Ərdoğanın köməkçisi postuna gətiriləcək.
 
“İnşallah, bu dəyişiklik referendumdan keçəcək və yeni sistemdə Ərdoğan prezident, Dövlət Baxçalı isə köməkçisi olacaq”, - deyə İ. Deligöz “Twitter” hesabında belə yazıb.

Загрузка...
Загрузка...