Dost ölkənin başçısı Qarabağı niyə unutdu? – Şərh

 
Gürcüstan Prezidenti Giorgi Margvelaşvili bir neçə gün əvvəl ABŞ-a rəsmi səfərdə çıxışı zamanı Dağlıq Qarabağı unudub.
 
Teleqraf.com xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şahinoğlu deyib:
 
“Gürcüstan prezidenti martın 16-da Konqresdə təşkil olunan tədbirdə çıxış edərkən Vaşinqtona belə bir çağırış edib: “Gürcüstan Amerikanın daha böyük dəstəyinə ümid edir, biz Amerikanın şərq istiqamətindəki əsas forpostuyuq, ona görə tərəfdaşlıq statusumuzu artırmalıyıq”.
 
Margvelaşvili sonrakı fikirlərini bu şəkildə ifadə edib: “Rusiya Gürcüstanın 20 faiz ərazisini işğal edib, Krım işğal altındadır, Ukraynada müharibəyə rəvac verib, Moldovanın ərazi bütövlüyü pozulub və... Böyük Britaniyada müəmmalı qətl hadisəsi baş verib”.
 
Sizcə Gürcüstan prezidenti bu cümlədə nəyi unudub? Bəli, Dağlıq Qarabağı. O, ətrafdakı bütün separatçıları sadalayıb, Azərbaycan torpaqlarının işğalı və erməni separatçıları barədə heç nə deməyib. Yəni Rusiyanın işğal etdiklərini deyib, Ermənistanın işğalına isə göz yumub, halbuki özü də bilməmiş deyil ki, Ermənistan da Rusiyanın forpostudur”.
 
Müəllif: Samir

Загрузка...
Загрузка...