Dönüşümün qabağını heç nə ala bilməz – Saakaşvili

 
Məni ölkədəki ədalətsizliklə mübarizə aparmaq qorxutmur.
 
Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa qubernatoru Mixail Saakaşvili öz Feysbuk səhifəsində paylaşıb.
 
O, Gürcüstanın Gənc Vəkillər Assosiasiyasının onun cərimə olunması ilə bağlı tələbini gülünc adlandırıb:
 
“Mən harada olmağımdan asılı olmayaraq, öz ölkəmə sadiqəm. Gürcüstan vətəndaşlığı Rusiya oliqarxlarının oyuncağı olanların imzaladığı sənədlə müəyyən edilmir. Heç bir cərimə məni bu böyük ədalətsizliklə mübarizə aparmaqdan çəkindirmir. Heç bir cərimə mənim dönüşümün qarşısını ala bilməyəcək”.
 
Qeyd edək ki, bundan öncə Gürcüstan Gənc Vəkillər Assosiasiyası Acariya Ali Seçki Komissiyasını Saakaşvilini cərimələməyə çağırıb.