Donetskdən Rusiyaya 26 əsgərin meyiti aparıldı

 
İyunun 23-də Donetskdəki xəstəxanalardan birindən Rusiyaya 26 rus hərbçisinin meyiti aparılıb.
Turaninfo.az Ukrayna KİV-nə istinadən bildirir ki, bu haqda brifinqdə terror əleyhinə hərbi əməliyyat məsələləri üzrə spiker Andrey Lısenko məlumat verib.
“Srağagün Donetskdəki Kalinin xəstəxanasının meyitxanasından Rusiyaya 26 rus hərbi qulluqçusunun nəşi aparılıb”, – Lısenko vurğulayıb.
O, əlavə edib ki, ötən sutkalarda “6-cı alay”, “11-ci alay” və “110-cü briqada”nın 3 iğalçısı məhv edilib, daha 3-ü yaralanıb.