​Donald Trampın sərvəti- QIZIL VƏ ALMASDAN HAZIRLANAN EVDƏ YAŞAYIR + SİYAHI (FOTOLAR)

 
ABŞ- ın yeni prezidenti Donald Trampın şəxsi gəlirinin 190 milyon dollar artığı bildirib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, iddi olunur ki, Trampın sərvəti 10 milyard dollar təşkil edir. “Forbes” jurnalının təqdim etdiyi “Dünyanın ən varlı 400 adamı” siyahısında yer alan Trampın sərvətinin 3,6 milyard dollar civarında olduğu təxmin edilir. Trampın 18 ildir ki, vergi borclarını ödəmədiyi iddia edilir.
Donald Tramp “Tower”in ən yüksək mərtəbəsində yaşayır. Həmin evin qapıları qızıl və almasdan hazırlanıb. Evin tavanı rəsmilərlə bəzədilib.
Tramp Nyu-Yorkdan bezdikdə 100 milyon dollarlıq kəmərləri qızıl ilə örtülmüş Boeing 757 təyyarəsinə əyləşərək digər malikanəsinə keçir. Palm Beach-də 10 milyon dollarlıq ərazi alan Tramp buradakı mülkü Mar-a-Lago adlı özəl kluba çevirib.
Palm Beach-dəki malikanə 1924-cü ildə Merriveather Post tərəfindən inşa edilib. Kluba çevirməzdən əvvəl prezident 10 il burada yaşayıb. 1995-ci ildə Tramp Nyu- Yorkda Seven Springs-də ailəsi üçün 39 min kvadrat metrlik ərazi almışdı. Yaxın vaxtlarda da bir ərazi üçün 7,5 milyon dollar ödəyib. Buranı qolf sahəsinə çevirməyi planlaşdıran Trampa xalq mənfi reaksiya verib. “Orange County Choppers” adlı motosiklet klubunun üzvü olan prezidentin qızıl motosikleti də var.
2011 – ci ildə Tramp üzüm bağı və şərabxananı 6,2 milyon dollara aldıqdan sonra, ora ilə əlaqəli olan başqa ərazini də 6,5 milyon dollara satın alıb.
Üzüm bağları olan ərazidə yerləşən malikanədə 45 otaq, sinema salonu, qonaq evi mövcuddur.
Oğlu Erikin sözlərinə görə, atası bu ərazini əvvəl- axır satacaq. Çünki o içki içmir.
Donald Tramp bu il Sikorsky S-76 helikopterini yeniləməyə verib. Bu yenilənmə 750 min dollara başa gəlib.
Yeni prezident Palm Beach-da başqa mülkə də sahib idi. Lakin 2008-ci ildə rus iş adamı Dmitri Ribolovyevə satıb.
Donald Tramp 3 dəfə ailə həyatı qurub. Bu evliliklərdən 3 oğlan, 2 qız olmaqla 5 övladı var.