Donald Trampın əleyhinə etiraz aksiyaları olub

Donald Tramp seçki öncəsi mütəmadi iştirak etdiyi təşviqat mitinqlərindən birində kütləvi etirazlarla qarşılaşıb. Hadisə ABŞ-ın Nyu-Meksika ştatında yerləşən Albukerk şəhərində baş verib.
Turaninfo.az-ın  "CNN"ə istinadən verdiyi məlumata görə, milyarder namizəd Tramp Albukerkdə seçicilər tərəfindən "isti" qarşılanıb. Etirazçılar Donald əleyhinə siqnal fişəngləri yandırıb. Onlarla etirazçı ötən gün boyunca polislərin barikadalarına qarşı gəlib, onlara alışqan maddələr atıb.
Etirazların Vaşınqtondakı ilkin seçimlərin başlaması səbəbin olduğunu söylənilir. Aksiyalarda iştirak edənlər "Tramp əsl amerikalıların düşmənidir", "Amerikanı geriyə aparma" və başqa bu kimi şüarlarla namizədə olan münasibətlərini nümayiş etdiriblər.
ABŞ-ın Nebraska və Vest Virciniya ştatlarında növbəti praymerizlər keçirilib. İlkin seçki nəticələrinə görə, Demokratlar Partiyasından prezidentliyə namizdə Berni Sanders 51.1 faiz səs toplayaraq  yeganə rəqibi keçmiş dövlət katibi Hillari Klinton üzərində qələbə qazanıb. Vermont ştatından olan yəhudi əsilli senatorun eyni zamanda Nebraska səsvermə nəticələrinə görə qalib gələcəyi gözlənilir.
Ümumi nəticələrə, yəni deleqat sayına görə Klinton irəli olsa da bundan öncə tərəfdarları qarşısında çıxışında “Sanders sonuncu səsverməyə kimi mübarizə aparacağını” bildirib. 19 ştatda praymeriz və koukus, yəni qapalı səsvermənin qalibi olduğunu bildirən Sanders seçki kampaniyasına Demokratik cəbhənin vahid namizədliyini qazanmaq məqsədilə qoşulduğunu bildirib. O, vahid namizəd seçilməyəcəyi təqdirdə Demokratlar Partiyasında “həmrəyliyin, birliyin” olmasına çalışacağını deyib.
“Dövlət katibi Klintonla çox sayda fikir ayrılıqlarımız var, yalnız bir məsələdə ortaq məxrəcə gəlmişik, Donald Trampı məğlub etməyə borcluyuq”, - deyə Sanders bildirib.