Donald Trampın Azərbaycandakı biznesi - Nələr dəyişəcək? - FOTO

 

 
ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Azərbaycanda biznesi var.
 
Missiya.Az xəbər verir ki, bir müddət əvvəl "The Washington Post" qəzeti Trampın Azərbaycandakı biznesi barədə məlumat yaymışdı.
 
Qəzet Bakıda tikintisi yarımçıq qalmış "Trump Tower" barədə məqalə dərc etmişdi. Müəllif yazır ki, kompleksin tikintisi ötən il dayanıb, səbəb də neftin ucuzlaşmasıdır. Hazırda kompleksin yerli sahibi böyük itkilərlə üzləşib, müqavilələri yenidən razılaşdırmağa, binanın açılmasına nail olmağa çalışır.
 
Layihəyə pul xərcləməyən Donald Tramp adından istifadə hüququnun satışından və mülkiyyətə idarəçilik müqaviləsindən milyonlar qazanıb. 2014-cü ilin yanvarından 2015-ci ilin iyulunadək Tramp bu layihədən 2.5 milyon dollar gəlir, menecment haqqı kimi isə 323 min dollar əldə edib. Bunu prezidentliyə namizəd iddialı maliyyə bəyannaməsində qeyd edir. Yazıda vurğulanırdı ki, seçilərsə, Tramp qlobal biznes imperiyasına yiyələnmiş ilk ABŞ prezidenti olacaq. Bu imperiyaya yeddi kurort, otellər, xarici ölkələrdə müxtəlif layihələr daxildir. 11 otel tikilməkdədir, başqa planlar da var.
 

 Donald Trampa məxsus "Trump Tower"
 
 
Bu mülklərin bəziləri ABŞ-ın iqtisadi və təhlükəsizlik maraqlarının olduğu Türkiyə, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycandadır. Prezident seçiləcəyi halda Trampın şəxsi biznesi ilə prezidentliyi arasında maraqların toqquşması yarana bilər.