Donald Trampdan bir çoxlarını rahatladacaq bəyanat - "Amerika başqa ölkələrin daxili işlərinə qarışmayacaq"

 
Amerikanın yeni seçilən prezidenti Donald Tramp “The New York Times”ın jurnalistləri ilə görüşüb
 
Politika.Az xəbər verir ki, 1 saata yaxın davam edən söhbətdə prezident öz fəaliyyət istiqamətləri haqqında sualları cavablandırıb. Ağ evin yeni rəhbəri bildirib ki, Hillari Klintonun elektron poçt yazışması ilə bağlı yaranan qalmaqalı davam etdirməyəcək. Tramp araşdırmanın davam etdirilməyəcəyinə söz verib.
 
Eyni zamanda vurğulayıb ki, Amerika digər ölkələrin daxili işlərinə qarışmayacaq: “İraqda müharibə ən böyük səhvlərdən biri idi”.
 
Tramp Suriya məsələsində mövqeyini qətiyyətlə müəyyən etdiyini bildirsə də, suala ətraflı cavab verməkdən imtina edib.
 
Görüşdə Rusiya barədə də söhbət aparılıb. Donald Tramp vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinlə hər şeyi yoluna qoymaq heç də pis olmazdı. Bununla belə Tramp iki ölkə arasında münasibətlərin yaxşılaşacağı təqdirdə belə mətbuatı bəzi ifadələrdən çəkinməyə çağırıb.