Donald Tramp, yoxsa Hillari Klinton? Bakı sakinləri arasında - VİDEOSORĞU

ABŞ seçki prosesində meydana çıxan gözlənilməz nəticə dünya mətbuatının gündəmindədir. Respublikaçılar partiyasından olan milyarder Donald Tramp populist anti-islamist, irqçi çıxışları ilə bağlı nə qədər tənqid olunsa da, əksər praymerizlərdə qalib gəlib. Demokratlar partiyasında isə iki böyük rəqib Berni Sanderslə Hillari Klinton finala qalıb. Onlardan Hillari Klintonun şansları daha yüksək qiymətləndirilir. Politoloqlar hesab edir ki, noyabr ayında baş tutacaq əsas seçkilərdə məhz Donald Trampla Hillari Klinton üz-üzə qalacaq.
ABŞ-da baş tutan  seçki marafonu Azərbaycan mediasında və cəmiyyətində də diqqətlə izlənilir. Hər kəsə məlumdur ki, Ağ Evin sahibi olan şəxs təkcə öz ölkəsinin deyil, bir çox hallarda dünyanın taleyini müəyyən edir. Bu baxımdan dünyanın super gücünə kimin rəhbərlik edəcəyi Azərbaycan vətəndaşları üçün də maraqlıdır? “Hillari Klinton, yoxsa Donald Tramp?” sualı ilə keçirdiyimiz sorğudan məlum oldu ki, vətəndaşlar müsəlmanlar əleyhinə çıxış edən, onların ABŞ-a buraxılmasına qadağa qoyulmasını tələb edən  D.Trampın prezident seçilməsini istəmirlər.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.