​"Donald Tramp" Türkiyədə - Onu yolda görənlər... - VİDEO

 
ABŞ-ın yeni prezidenti Donald Trampa bənzərliyi sayəsində məşhurlaşan türkiyəli Abdullah Topçu, dünya mediasının da diqqətini cəlb edib.
 
ATV.az-ın məlumatına görə, Giresunun sabiq bələdiyyə sədrinin fotosu sosial mediada geniş müzakirələrə yol açıb. Donald Trampa oxşadığına görə məmnun olduğunu deyən Abdullah, hamı tərəfindən böyük maraqla qarşılandığını ifadə edib.
 
Fiziki görünüşü və saç tərzi ilə Trampa olduqca bənzəyən türkiyəli, ABŞ-ın yeni prezidentinə bənzəmək üçün çox səy göstərmədiyini bildirib. O, yalnız geyim seçərkən Trampdan nümunə götürür.