​Donald Tramp: “Moskvaya qarşı sanksiyalar daha sərt olacaq”

 
Prezident seçkilərində əsas rəqibi Hillari Klintona qalib gələn iş adamı Donald Tramp Rusiyaya qarşı sərt danışıb 
 
İki gündür ki, Rusiyada bir sıra siyasətçilər Trampın seçilməsinə görə bayram edir. ABŞ prezidentini ilk təbrik edənlərdən biri Rusiya prezidenti Vladimir Putin olub. Dünən bu münasibətlə LDPR-in lideri Vladimir Jirinovsi “Vesti”nin canlı efirində şampan içib, bu qələbə münasibətilə Rusiya xalqını təbrik edib.
 
Lakin Tramp növbəti dəfə sürpriz açıqlama verib. Seçki kampaniyası dövründə Rusiya ilə ABŞ-ın münasibətlərini yaxşılaşdıracağını deyən Tramp seçildikdən sonra tam fərqli mövqe sərgiləyib.
 
Donald Tramp bu gün CNN-ə müsahibə verib. Bizimyol.info bildirir ki, siyasi icmalçı Farid Zakariyyanın suallarını cavablandıran D.Tramp bildirib ki, o İŞİD-i məhv edəcək: “İŞİD-i məhv edəcəyik, Rusiyanın Krım və Donbassdakı işğalçı hərəkətlərinə sanksiyaların götürülməsindən söhbət belə gedə bilməz. Hətta Moskvaya qarşı sanksiyalar daha sərt olacaq və onu Şimali Koreya kimi təcrid edəcəyik”.