Donald Tramp Klintonu qabaqladı - YENİLƏNDİ - CANLI

 
Donald Tramp ABŞ prezidenti seçkilərində liderliyi yenidən ələ alıb.
Hazırda D.Tramp Seçicilər Kollegiyasının 232 səsini, Hillari Klinton isə - 209 səsini toplayıb.
Qələbə üçün namizəd ən az 270 səs toplamalıdır.
Hələlik seçicilərin səslərinin 70 faizi hesablanıb.
***
Demokratlar Partiyasından namizəd Hillari Klinton hazırda ABŞ prezidenti postu uğrunda mübarizədə Kaliforniya və Havay ştatlarında səs çoxluğu qazanaraq irəli çıxıb.
Turaninfo.az CNN-nə istinadən xəbər verir ki, hazırda Klinton Seçicilər Kollegiyasının 197, respublikaçı Donald Tramp isə 187 səsini toplayıb.
Respublikaçı partiyasından ABŞ-da keçirilən prezident seçkilərinə namizəd Donald Tramp, əsas ştatlardan sayılan Floridada Klintondan öndədi.
Publika.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 2 faiz səslərin hesablandığından sonra, 57.7% Trampa səs verib, 28,3 % Klintona səs verib.
***
Respublikaçılar Partiyasıdan namizəd Donald Tramp hazırda ABŞ-da keçirilən prezident seçkilərində liderlik edir.
"Report" xəbər verir ki, indiyə qədər səslərin təqribən 47 faizi hesablanıb.
Hesablamalara görə, Tramp Seçicilər Kollegiyasının 168 səsini, onun demokrat rəqibi Hillari Klinton isə 109-nu toplayır.
Qeyd edək ki, qələbə üçün namizədə Seçicilər Kollegiyasının 270 səsi lazımdır.
Ümumilikdə Trampa hələ ki, seçicilərin 49 faizi, Klintona isə 47 faizi səs verib.
İlkin məlumatlara görə, milyarder Florida və Ohayo kimi əsas ştatlarda liderlik edir.