Donald Tramp ABŞ-ın Liviya siyasəti barədə: ''Bundan da pis heç nə edə bilməzdik''

Bu gün seçiciləri qarşısəında çıxış edən ABŞ prezidentliyinə real namizədlərdən biri, milyarder Donald Tramp qeyd edib ki, ABŞ-ın Liviya siyasəti «faciəvi» idi.
Virtualaz.org Amerikanın CBS telekanalına istinadən xəbər verir ki, bununla Tramp Liviyaya müdaxilə zamanı ABŞ-ın dovlət katibi olmuş prezidentliyə digər namizəd Hillari Klintonun «bostanına daş atıb».
«Qəbul edilmiş qərarlara gəlincə, Liviya faciə idi. ABŞ orada elə hərəkət edirdi ki, biz bundan pis istəsək də, heç nə edə bilməzdik», - Tramp deyib.
Onun sözlərinə görə, ABŞ-ın bacarıqsız siyasəti ona gətirib çıxarıb ki, indi Liviyada İŞİD terrorçuları ölkənin neftinə nəzarət edirlər. «Biz isə heç nə etmirik, onlara qarşı tədbir görmürük, yaraqlılar isə dünyanın ən yaxşı neftini satmaqla gəlir əldə edirlər», - ABŞ prezidentliyinə namizəd vurğulayıb.