​DOLLARIN RƏSMİ MƏZƏNNƏSİNDƏ YENİ REKORD - 1,70 manatı keçdi

 
DOLLAR 1,82 MANAT OLDU – Banklar satışı dayandırır
 
Mərkəzi Bankı (AMB) noyabrın 16-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.AMB-dən “APA-Economics”ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,5% artaraq 1,7039 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün 1 dollar 1,6954 manat olub.
Xatırladaq ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,6954 məzənnəsi ilə başlayıb və 1,7024 məzənnəsi ilə yekunlaşıb.
Sabahın rəsmi məznnəsi artıq 1,704 AZN/USD-ni üstələyəcəyi gözlənilir
Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 16-na olan rəsmi məzənnəsini 1,7024 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir. “Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,7024 AZN/USD olub.
Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,41% artması deməkdir.
 
Növbəti iş gününə (noyabrın 16-na) rəsmi məzənnə 1,7024 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə bu gün (1,6954 AZN/USD) qeydə alınıb.

Загрузка...
Загрузка...