“Dolların real qiyməti 1.95-dir” - Banklar kompensasiya verməlidir

 
 
"Mərkəzi Bank əvvəlki məzənnə ilə kredit götürən vətəndaşlara kompensasiya verməlidir”
 
Bunu bakıpost.az-a iqtisadçı ekspert Vüqar Bayramov deyib.
 
O bildirib ki, bu, birbaşa Mərkəzi Bankın hansı senaridən istifadə etməsindən asılı olacaq: "Mərkəzi Bank inzibatı müdaxilədə hərracda qeyd edilən hissəni çıxarıb dollar məzənnəsini qısa müddətli dövrü üçün tənzmləyə bilər. Amma təbii ki, uzunmüddətli dövr üçün Mərkəzi Bankın müdaxiləsi ilə manatın məzənnəsinin tənzimlənməsi mümkün deyil. Manatın bazar məzənnəsinin müəyyənləşdirilməsinə ehtiyac var.
 
Bizim qiymətləndirməmiz göstərir ki, hazırda manatın bazar məzənnəsi təxminən 1oo dollar 195 manatdır. O baxımdan daha məqsədəuyğundur ki, bazarda olan tələb ödənilsin. Bu, dövlət Neft Fondunun hesabına mümkündür”.
 
Vüqar Bayramov qeyd edib ki, bazar məzənnəsi yüksək olursa, dövlət xərci kompensasiya edə bilər: "Çünki birinci devalvasiyadan sonra iki ilə yaxındır ki, kreditlərin güzəştli verilməsini təklif edirəm. Hətta bununla bağlı çox fərqli mexanizmlər hazırlayıb dövlətə təqdim etdim. Xüsusilə də 3 tərəfli güzəşt sisteminin tətbiqinin edilməsi haqda. Amma çox təəssüf ki, Mərkəzi Bank bunu qəbul etmədi.
 
Əgər dolların məzənnəsi yüksəlirsə, Mərkəzi Bank hökmən dollarla olan kreditlərə kompensasiya verməlidir. Çünki 0.78 qəpiyə və ya 1. 05 məzənnəsi ilə kredit götürən şəxsə 1. 85 məzənnəsi ilə kreditin ödənilməsini tələb etmək doğru deyil. Çünki onun gəliri manatladır. Ona görə burda məzənnənin nə qədər olmasından daha çox bunun vətəndaşlara mənfi təsirinə yol verməmək əsas olmalıdır. Ona görə də dövlət fərqli metoddan istifadə etməklə bazar məzənnəsini müəyyənləşdirə bilər. Amma bütün hallarda iki əvvəl dediyim kimi bunların önündə əsas olaraq əhaliyə kompensasiya verilməlidir”.

Загрузка...
Загрузка...