Dollar yenə ucuzlaşacaq

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Neft Fondu Azərbaycan Mərkəzi Bankı ilə birlikdə valyuta hərracı keçirib.
ARDNF-dən verilən məlumata görə, hərraca 100 milyon dollar çıxarılıb. Amma bunun cəmi 0,5 milyon dolları satılıb. Həmin vəsaiti 3 bank əldə edib.
Turaninfo.az-ın Fins.az-a istinadən  proqnozuna görə, bankların dollara tələbatının yox dərəcəsində olduğu nəzərə alınarsa, demək olar ki, ABŞ valyutasının sabahkı məzənnəsi bugünlə müqayisədə az olacaq.