Dollar ucuzlaşacaq, qızıl bahalaşacaq, amma...

 
7-10 gün dünya birjaları silkələnəcək, dollar dünyada ucuzlaşacaq, qızıl, Yaponiya yeni, İsveçrə frankı bahalaşacaq, amma 7-10 gündən sonra hər şey qaydaya düşəcək, normallaşacaq.
 
Axar.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli Donald Trampın prezident seçilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Trampın qələbəsi dünya iqtisadiyyatına o qədər də təsir etməyəcək:
 
“ABŞ kimi ölkələri şəxslər idarə etmir, sistem idarə edir, şəxsin siyasətə təsiri minimumdur, o, bu və digər qərarların prioritetini müəyyən edə bilər, ancaq dövlətin ana xəttini və maraq dairəsini dəyişə bilməz. ABŞ-da insan faktorunu minimuma endirən sistem idarəçiliyi var. Ayrıca dövlət institutları, hakimiyyət qollarının müstəqilliyi Trampın prezident kimi təsir qabiliyyətini azaldır”.