Dollar uçur – 1.85 – 2 manat – BU GÜN

Son günlər üçüncü devalivsiyanın olacağıyla bağlı dolaşan xəbərlər deyəsən təsdiqini tapmaqdadır.
Turaninfo.az jam.az-a istinadən xəbər verir ki, dünən 1 dollar 1.60 manat olduqdan sonra daxili bazarda narahatlıqlar artmağa başlayıb.
Bu gün axşam saatlarından isə dollar coşub. Belə ki, qara bazarda axşam saatlarında 1 dollar 1.85 manata satılıb.Bu rəqəm 2 manat da ola bilər
Ajiotajın hansı səbəbdən yarandığı məlum deyil.
Xatırladaq ki, Mərkəzi Bank növbəti devalivasiyanın olmayacağını bəyan edib.
Bizim şərh: Dollar yenə sürətlə bahalaşdı. Hakimiyyətin maliyyə siyasəti o qədər yanlışdır ki, hətta dünya bazarında neftin qiyməti artanda belə, manat yenə ucuzlaşır. Bu, ölkədə qiymətlərin növbəti artımına səbəb olacaq, biznes bir az da çökəcək…