​Dollar “Qara bazar”da “od tutub yanır" - 2 manata yaxınlaşır

 
Bu gün də “Qara bazar”da Dolların alış və satış qiymətləri qalxmaqda davam edib
 
Bu gün “qara bazar”da dolların qiyməti 1.85-1.90 manat arasında dəyişir.
 
Banklarda Dolların satış qiyməti maksimum 1.7830 manatdır. Banklar isə dollar satmırlar.
 
Xəbər verdiyimiz kimi, 24 noyabr 2016-cı il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilmişdir.
 
Mərkəzi Bankdan daxil olmuş məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7146 məzənnəsi ilə başlamış və 1,7196 məzənnəsi ilə yekunlaşmışdır.