Dollar qalxdı

Bu gün Azərbaycan Mərkəzi Bankı kommersiya banklarından dollar almağa başlayıb.
Bank sektorundan verilən məlumata görə, MB-nin banklardan dollar almağa başlaması ilə əlaqədar laraq USD/AZN rəsmi məzənnəsi bir qədər yüksələrək 1,52 səviyyələrinə çıxıb. Verilən məlumata görə, Dollar 1% civarında bahalaşacaqdır.
Artıq günortadan sonra bir çox kommersiya bankları Dolların alış və satış kursunu artırıblar.
Məsələn, “AccessBank” alış kursunu 1.4570-dən 1.4940-a, satış kursunu isə 1.5240-dan 1.5400-a qaldırıb. “Amrahbank” isə Dolların alış qiymətini 1.4700-dan, 1.50-yə qaldırıb. (Marja)