​Dollar dəyişmək üçün ən sərfəli banklar

 
Noyabrın 7-də Azərbaycan bankları arasında dolları ən yüksək qiymətlə alan bank “Amrahbank”dır.
 
Turaninfo.Az Fins.az-a istinadən xəbər verir ki, bu bank Amerika valyutasını 1,7050 manata alır.
 
Dolların qiymətləri
 
Dolları ən aşağı qiymətə alan bank isə “Yapı Kredi Bank”dır. Bu bankda dolların alış qiyməti 1,5934 manatdır. Dolların ən aşağı satış qiyməti isə “Pakistan Milli Bankı”nın Bakı filialındadır - 1,6900 manat.
 
Dolların ən yüksək satış qiyməti isə 1,7259 manatdır. Bu gün “Gunay Bank”, “Unibank” və “Bank Silk Vey” dolları bu məzənnə ilə satır.
 
Avronun qiymətləri 
 
Avronu ən baha satan “Kapital Bank” və “Azər-Türk Bank”dır. Bu bankda Avropa valyutasının satış məzənnəsi 1,9149 manat müəyyən edilib.
 
Lakin bu banklarda valyuta satışı dayandırılıb. Ona görə də bu gün avronu ən baha satan “Caspian Development Bank”dır - 1,9125. Avronu ən ucuz “Azərbaycan Sənaye Bank” satır - 1,9015 manat.
 
Avronu ən ucuz alan isə “Caspian Development Bank”dır - 1,7710 manat. Avropa valyutasını ən baha alan isə “Amrahbank”dır. Bu bankda 1 avro 1,8850 manata alınır.