​Dollar coşdu - 1.80 manat

 
Azərbaycancanda fəaliyyət göstərən banklarda bu gün dollar daha da bahalaşıb
 
Banklar dolları 1.8010 məzənnəsi ilə satdığını elan edib. Lakin kommersiya bankları dollar satmır, yalnız alır.
 
“Qara bazarda” dolların satış məzənnəsi daha yüksəkdir.
 
Xatırladaq ki, Mərkəzi Bank bu gün üçün dolların məzənnəsini 1.7318 manat müəyyən edib. Banklar isə bundan 4% baha satırlar.