Dollar bu gün neçəyədir - RƏSMİ MƏZƏNNƏ

 
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi yanvarın 9-u ilə müqayisədə dəyişməyərək 1,7742 manat təşkil edib.
 
Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,79% möhkəmlənərək 1,8824 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,67% ucuzlaşaraq 0,0296 manat səviyyəsində qərarlaşıb.
 
Türkiyə lirəsinin məzənnəsi 1,79% zəifləyərək 0,4776 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1553 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,68%-lik azalma baş verib.
 
Gürcüstan larisinin məzənnəsi də 0,17% möhkəmlənərək 0,6469 manat olub.

Загрузка...
Загрузка...