Dollar bahalaşmağa davam edir

 
 
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
 
Missiya.Az xəbər verir ki, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 7-si ilə müqayisədə 0,54% möhkəmlənərək 1,6686 manata çatıb.
 
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,26% bahalaşaraq 1,8424 manat olub.
 
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 1,55% bahalaşaraq 0,0262 manat səviyyəsinə çatıb.
 
Türkiyə lirəsinin məzənnəsi isə 0,56% möhkəmlənərək 0,5258 manat təşkil edib.
 
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0671 manatdır. Beləliklə, funt sterlinq 0,01%-lik azalma nümayiş etdirib.
 
Gürcüstan larisinin məzənnəsi dəyişməyərək 0,6839 manat səviyyəsində qalıb.