Doha uğursuzluğu dolların kursunu kəskin şəkildə qaldırdı

Dünən Qətərin paytaxtı Dohada neft ölkələrinin neftin hasilatının dondurulması ilə bağlı apardığı danışıqların iflasa uğramasından sonra Rusiyada dolların kursu kəskin qalxıb. 
Turaninfo.az Avropa.info-ya istinadən xəbər verir ki, kurs 2 rubl qalxaraq bir dollar üçün 68,30 rubl olub. Avro isə 2,17 rubl dəyər artıraraq 77,12 rubl olub.
Doha uğursuzluğu fonunda dolların dəyər qazanacağı gözlənilir.
Qeyd edək ki, Rusiya energetika naziri Aleksandr Novak demişdi ki, Doha danışıqları Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətərin mövqeyi üzündən alınmayıb.