"Doğuşdan ölənə qədər rüşvət..." - Prezidentin köməkçilərinin gözləri Mübariz Qurbanlıda...

 
 
Keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Bəydəmirli (Məmmədov) məmləkətin qan ağlayan çoxsaylı yaralarından bir barədə bir neçə cümləlik də həyəcan təbili xarakterli status paylaşıb.
 
Əgər bizlər qələm əhli olaraq gerçəkdən də prezident İlham Əliyevin köməkçiləriyiksə, əgər media olaraq ictimai nəzarəti həyata keçirmək iqtidarındayıqsa ictimailəşdirdiyimiz bu mövzuya nə Prezident Administrasiyası, nə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi biganə qalmamalı və həmin goreşənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bizdən yazmaq, qarşı tərəfdən tədbir görmək. Ümid edirik ki, komitə sədri, eyni zamanda hakim partiyanın funksioneri olan Mübariz Qurbanlı məsələyə müdaxilə edəcək və bu işin sonunadək gedəcək. Biz də bütövlükdə cəmiyyət olaraq bu rəzalətə son verilməsi üçün onun yanındayıq. Gözləyək...
 
"Allah cəmi ölənlərə rəhmət eləsin: Axşam mənim yaşda mənim adaşım, xalamoğlu ürəktutmasından ani rəhmətə gedib..indicə Zabrat qəbirstanlığında dəfn etdik.. böyük qardaşından öyrəndim ki, qəbir yerinə 400 manat alıblar, qəbiristanlığın ətrafında bir sot torpaq sahəsi 2500 manat imiş.. Doğuşdan ölənə qədər rüşvət ödədiyimiz bir Cümhuriyyət!"

Загрузка...
Загрузка...