​DƏNİZDƏN ÇUVALLARLA DOLU QURANİ KƏRİM ÇIXDI

 
 
Tekirdağın Çorlu qəsəbəsində dənizə atılmış xeyli Qurani Kərim və dini məzmunlu kitablar tapılıb. Dənizdən toplanan kitablar Çorlu Müftiliyi tərəfindən alınıb.
 
Çorlu qəsəbəsinin Marmara dənizi sahilində vətəndaşlar torbalar halında dənizə atılmış çoxlu sayda dini məzmunlu kitabları görüb, vəziyyəti Çorlu müftiliyinə bildirib. Müftilik dərhal sahilə gedərək dənizə atılan kitabları sudan çıxarıb. Quran-Kərim ilə dini məzmunlu nəşrlərin də olduğu kitablar toplanaraq torbalara qoyulub. Hadisə yerinə gələn Çorlu nüftisi Adəm, "Müftiliyimizə vətəndaşlarımız tərəfindən telefon xəbəri nəticəsində gəldik. Burada bir qisim dini nəşrlərin dənizə atılmış olduğunu gördük. Bunların içərisində Peyğəmbər əfəndimizin həyatını izah edən kitablar və müxtəlif dini nəşrlər mövcud idi. Bu əhatədə kitabları müftilik olaraq atılan yerlərdən götürdük. Bir qisimi islanmış, bir qisimini qurudaraq kitabxanamızda oxucularımızla görüşdürməyi düşünürük” deyib. Kitabların dənizə kimlər tərəfindən atıldığını təyin etmək üçün işlər aparılır.

Загрузка...
Загрузка...