Dəmirtaş həbsdən mesaj göndərdi — “Zülm günləri bitəcək”

 
Xəbər verdiyimiz kimi, Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Dəmirtaş həbs olunub.
 
S. Demirtaşın adından Feysbuk səhifəsində bəyanat yayılıb.
 
“Biz xalqımızın fədakarcasına apardığı demokratiya, azadlıq və sülh mübarizəsinə sıx şəkildə bağlı olacağıq. Bu zülm günləri dirənişimizin qarşısında tez-gec bitəcək. Bütün dostlara ürəkdən salam və sevgilərimizi çatdırırıq”, - deyə bəyanatda vurğulanıb.
 
Qeyd edək ki, S. Dəmirtaşla birlikdə partiyanın həmsədri Figen Yüksəkdağ və 4 millət vəkili həbs olunub.