​Dəmirəl devrilməsə, SSRİ süqut etməyəcəkdi – MİT zabitindən sensasiya

Baxış sayı: 
141

 
Türkiyədə 12 sentyabr dövlət çevrilişi olmasaydı, SSRİ süqut etməzdi.
 
Teleqraf.com xəbər verir ki, bu iddia keçmiş Milli İstihbarat Təşkilatının sabiq əməkdaşı Mahir Qaynaq və Ömər Lütfi Metenin birgə yazdığı kitabda irəli sürülüb.
 
Sözügedən kitabda müəlliflərin qəribə iddia və fikirləri maraq doğurur. Əsasən MİT-də çalışdığı dövrdə sol qruplara sızaraq MİT üçün informasiyalar toplayan Qaynaq hesab edir ki, 1980-cı ilin 12 sentyabr çevrilişi olmasa, Süleyman Dəmirəl hökuməti fəaliyyətini davam etdirə bilsəydi SSRİ dağılmazdı. Müəllif bu iddiaları ilə sübut etməyə çalışır ki, “Morrison” ləqəbli Süleyman Dəmirəl əslində amerikapərəst deyil, SSRİ tərəfdarı olub.
 
Kitabda SSRİ-nin süqutunun memarı olan Qorbaçovun tək dostunun Türkiyədə dönəmin baş naziri olan Süleyman Dəmirəl olduğunu qeyd edən MİT-in keçmiş əməkdaşı türk siyasi tarixinin ən amerikapərəst siyasətçisi olan Dəmirəlin SSRİ-nin “dostu” olduğunu önə sürür.
 
Mahir Qaynaq Süleyman Dəmirəlin SSRİ ilə münasibətləri haqqında fikirləri sensasiya hesab oluna bilər.
 
“Süleyman Dəmirəl hadisəsini analiz edəndə aydın olur ki, devrildiyində Türkiyə daxilə qapanmış iqtisadi və xarici siyasət yürüdürdü. Xarici ticarət son dərəcə az idi. Üstəlik SSRİ ilə yaxın əlaqələr mövcud idi. Türkiyə böyük miqdarda yardımlar alırdı. SSRİ Türkiyə üzərindən keçərək ərəb ölkələrində təsir imkanları əldə edirdi. Bunlar dünyadakı şərtlərin bir hissəsi idi. SSRİ Şərqi Avropadakı təsir dairəsini itirdikcə, onun yerini başqa regionlarda doldurmağa icazə verilirdi. 12 sentyabr çevrilişindən əvvəl bu prosesə ABŞ daxilində “millətçi” deyilən kəsim də dəstək verir, SSRİ-nin dağılması deyil, güclənməsini istəyirdi.
 
Keçmiş kəşfiyyatçı hesab edir ki, 12 sentyabr 1980-cı ildə Süleyman Dəmirəl hökumətinin çevriliş yolu ilə ortadan götürülməsi ilə bu hesabı pozub və SSRİ təklənib. Onun iddiasına görə, SSRİ-ni çökdürən təsirin bu ölkə ilə münasibətlərini yaxşılaşdıran Dəmirəl hökumətinin çevrilişə məruz qalması olub.
 
“Türkiyədə 12 sentyabr dövlət çevrilişi baş verməsəydi, ABŞ və SSRİ arasında beynəlxalq şərtlər bu şəkildə davam edəcəkdi”, - deyə Mahir Qaynaq qeyd edib.
 
Kəşfiyyatçı əlavə edir ki, Dəmirəl solçuların liderliyi ilə devrilib. Fəqət o dövrün öndə gələn solçuları sonradan qlobal kapitalın bir nömrəli müdafiəçiləri oldu. Keçmiş solçular bu gün Türkiyənin ən liberal kəsimidir. Onlar çevriliş və onun nəticəsindən də faydalandılar.
 

Загрузка...
Загрузка...